Azərbaycan millisinin üzvləri Çində “bürünc” qazandılar

11:29 9 Yanvar 2023

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvləri Odina Əliyeva və Mariya Kirilyuk Çin çempionatında bürünc medal qazanıblar.

 

Sportarena.az xəbər verir ki, idmançıların formasını geyindiyi “Şenzen Jonqsay” Çin Liqasında 3-cü yeri tutub.

 

Adıçəkilən komanda üçüncülük uğrunda “Fujian”la üz-üzə gəlib. İki oyunluq mübarizədə 3:2 (25:22, 16:25, 23:25, 25:22, 15:8) və 3:1 (17:25, 25:22, 25:21, 25:22) hesabı ilə qələbə qazanan “Şenzen Jonqsay” klubu yarışın bürünc medalına sahib çıxıb.


Digər xəbərlər

Xəbər xətti