Ağdamda Olimpiya İdman Kompleksi inşa ediləcək.
Sportarena.az xəbər verir ki, ölkə prezidenti İlham Əliyev yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışı zamanı belə deyib:
“Bildirməliyəm ki, Ağdamın məşhur “İmarət” stadionunun yeni layihəsi işlənilir. Stadion yenidən qurulacaq, eyni zamanda, onun yanında böyük Olimpiya İdman Kompleksi yaradılacaq”.