Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qrey fransalı mütəxəssis Zinəddin Zidandan üzr istəyib.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, fikirlərini düzgün ifadə edə bilmədiyini bildirib:
“Bu sözlər nə mənim fikirlərimi əks etdirir, nə də futbolçu və məşqçi kimi Zidana olan münasibətimi dəyişir. Buna görə üzr istəyirəm. Belə müsahibə verməməli idim. Fransa futbolunun iki abidəsini – Didye Deşamla Zinəddin Zidanı qarşı-qarşıya qoydum. Etiraf edirəm ki, anlaşılmazlığa səbəb olan yöndəmsiz açıqlamalar vermişəm. Zidan mənim ona, eləcə də, bütün fransızlara nə qədər hörmət bəslədiyimi bilir”.
Noel Le Qrey bundan əvvəlki açıqlamasında bildirmişdi ki, Zidan millinin baş məşqçisi postuna namizəd olmayıb və o zəng vursa belə, ona cavab verilməyəcək.