Ulduz futbolçu karyerasını bitirdi

20:48 9 Yanvar 2023

Uels millisinin və ABŞ-ın “Los Anceles” klubunun futbolçusu Qaret Beyl karyerasını başa vurub.

 

Sportarena.az xəbər verir ki, bu barədə 33 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında məlumat paylaşıb.

 

O, çox düşündükdən sonra futbolla vidalaşmaq qərarına gəldiyini bildirib: “Arzumu reallaşdırdığım və sevdiyim idman növü ilə məşğul olduğum üçün inanılmaz dərəcədə şanslıyam. Həyatımda yeni səhifə açıram. Dəyişiklik və yeni sərgüzəştlər üçün fürsət vaxtıdır”.

 

Beyl karyerası ərzində İngiltərənin “Sauthempton” və “Tottenhem”, həmçinin İspaniyanın “Real” komandalarının şərəfini qoruyub. O, “kral klubu” ilə 3 dəfə La Liqa çempionu olub, bir dəfə ölkə kubokunu və super kubokunu qazanıb. Uelsli ulduz UEFA Çempionlar Liqasında da 5 dəfə qələbə sevinci yaşayıb. Onun UEFA super kubokunda iki qələbəsi və dörd klublararası dünya çempionluğu titulu var. Yarımmüdafəçi Uels yığmasında 111 oyuna 41 qol vurub.


Digər xəbərlər

Xəbər xətti