Pis nəticələrə baxmayaraq, Qrem Potter “Çelsi”nin baş məşqçisi kimi işinə davam edəcək.
Sportarena.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Çelsi” rəhbərliyi Potterin məşqçilik keyfiyyətlərinə arxayındır. Məlumatda qeyd olunur ki, “Çelsi”də işə başlayanda, Potter ona vaxt veriləcəyinə dair zəmanət tələb edib.
Potter 2022-ci ilin sentyabrında “Çelsi”nin baş məşqçisi postuna keçib.
“Zadəganlar” İngiltərə kubokunun 1/32 mərhələsinin matçında “Mançester Siti”yə məğlub olub (0:4) və turnirdən kənarlaşdırılıb. Komanda Premyer Liqanın turnir cədvəlində 25 xalla 10-cu pillədə qərarlaşıb.