İngiltərəli keçmiş hücumçu Alan Şirer İngiltərə kubokunun “Mançester Siti” – “Çelsi” (4:0) oyunu barədə danışıb.
Sportarena.az “BBC Sport”-a istinadən xəbər verir ki, o, “zadəganlar”ın təcili dəyişikliklərə ehtiyac duyduğunu bildirib:
“Çelsi” bu gün ideal vəziyyətindən çox uzaq idi. Qarşıda onları vacib iki Premyer Liqa matçı gözləyir: “Fulhem” və “Kristal Pelas”la. Təcili dəyişikliklər etmək lazımdır.
Zədəli futbolçuların olduğunu bilirəm. Bu o demək deyil ki, digər oyunçular da yaxşı çıxış etməməlidir. Bunun üçün heç bir maneə görünmür”.
İngiltərə kubokunda mübarizəni dayandıran London təmsilçisi son 7 rəsmi oyunda 1 dəfə qələbə qazanıb.