Futbol üzrə Fransa millisinin kapitanı Huqo Lyoris yığma komandadakı karyerasını başa vurduğunu açıqlayıb.
Sportarena.az xəbər verir ki, 36 yaşlı qapıçı yerli mətbuata açıqlamasında bundan sonra millidə oynamayacağını bildirib.
Lyoris Fransa yığmasında 145 oyuna çıxıb. O, Qətərdəki mundialda Lilian Türamı (142) geridə qoyaraq millidə ən çox oyun keçirən futbolçuya çevrilib. O, Fransa yığmasıyla DÇ-2018-in qalibi olub. AÇ-2016-nın finalçısı UEFA Millətlər Liqasının 2020/21 mövsümündə də çempionluq sevinci yaşayıb. DÇ-2022-də isə onun komandası gümüş medalla kifayətlənib.