“Atalanta”dan səfərdə əzmkar qələbə

10:29 10 Yanvar 2023

İtaliya A Seriyasında 17-ci tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, bu gün daha 2 qarşılaşma baş tutub.

 

“Verona” evdə “Kremoneze”yə qalib gəlib. “Bolonya” – “Atalanta” matçında isə qonaqlar qələbə qazanıblar.

 

Hazırda 44 xalı olan “Napoli” vahid liderdir. “Yuventus”la “Milan”ın 37 xalı var. “İnter” 34, “Latsio” və “Roma” 31, “Atalanta” 28 xal toplamağı bacarıb.

 

9 yanvar

Verona – Kremoneze 2:0

Qol: Lazoviç, 9; 26.

 

Bolonya – Atalanta 1:2

Qol: Orsolini, 2 – Kopmeyners, 47. Hoylund, 58.


Digər xəbərlər

Xəbər xətti