Şehiç "Qarabağ"ı ziyarət edib

11:47 10 Yanvar 2023

“Konyaspor” və Bosniya və Herseqovina millisinin qapıçısı İbrahim Şehiç “Qarabağ”ın düşərgəsini ziyarət edib.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubunun sabiq qapıçısı futbolçu və məşqçi heyəti ilə görüşüb, ayaqüstü söhbət edib.
 

34 yaşlı qolkiper “Jelezniçar”, “Mersin İdman Yurdu”nda oynadıqdan sonra 2013-cü ildə “Qarabağ”a keçmişdi.
 

O, beş illik Azərbaycan karyerasından sonra 2018-ci ildə “Ərzurumspor”la anlaşmışdı. Təcrübəli qapıçı iki ildir “Konyaspor”un qapısını qoruyur.


Digər xəbərlər

Xəbər xətti