Enzo yerinə Lavia

12:09 10 Yanvar 2023

"Çelsi" DÇ-2022-nin ən yaxşı gənc futbolçusu Enzo Fernandezin transferi üçün “Benfika” ilə danışıqlarda uğursuzluğa düçar olmasına baxmayaraq, onu transfer etmək ümidini itirməyib.

 

Sportarena.az “talkSPORT”a istinadən xəbər verir ki, londonlular argentinalını transfer edə bilməsə, "Sauthempton"un yarımmüdafiəçisi Romeo Lavia üçün hərəkətə keçəcək. 
 

Avqustun sonunda “zadəganlar” 19 yaşlı belçikalı ilə müqavilə imzalamaq istəsə də, klubu 55 milyon avroluq təklifi rədd etmişdi. 

 

Lavia iyulun sonunda "Mançester Siti"dən 15 milyon avroya “Sauthempton”a keçmişdi. Əgər, Enzo transferi baş tutmasa, “Çelsi” Lavianı heyətinə qatmağa çalışacaq. 
 

Gənc futbolçu bu mövsüm Premyer Liqada 9 oyuna çıxıb. Yeganə qolunu isə “Çelsi”yə vurub (2: 1).


Digər xəbərlər

Xəbər xətti