İngiltərəli məşqçi Stiv Bryus karyerasını bitirib.
Sportarena.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
62 yaşlı mütəxəssisin son klubu “Vest Bromviç” olub. O, ötən ilin payızında işindən azad edilib.
Bryus məşqçi karyerası dövründə ancaq İngiltərədə çalışıb. O, müxtəlif vaxtlarda “Nyukasl”, “Aston Villa”, “Kristal Pelas”, “Sanderlend”, “Hall Siti”, “Viqan”, “Birmingem” və “Şeffild Uensdey”də iş başında olub.