Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Zirə” yoxlama oyununda qüvvəsini sınayıb.
Sportarena.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçi olduğu komanda Rumıniyanın “Kindiya” kollektivi ilə qarşılaşıb.
“Qartallar” görüşdən 3:2 hesabı ilə qalib ayrılıb. Komandanın qollarını Coşqun Diniyev (penaltidən), Toni Qomes və Hamidu Keyta vurublar.
Qeyd edək ki, “Zirə” toplanış müddətində daha 2 yoxlama oyunu keçirməyi planlaşdırır. Komanda yanvarın 17-də isə Macarıstanın “Seged-Çanada” və Serbiyanın “Radniçki” klubu ilə qarşılaşacaq.
“Zirə” yanvarın 18-də təlim-məşq toplanışını başa vuraraq Bakıya qayıdacaq.