“Tottenhem”in qapıçısı Uqo Lloris Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qreyin fransalı mütəxəssis Zinəddin Zidan haqqında söylədiyi sözlərə münasibət bildirib.
Sportarena.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, futbolçu Zidana hörmət edilməli olduğunu deyib:
“Le Qreyi belə deməyə nə vadar etdiyini bilmirəm. Zidan kimi Fransaya çox şey verən futbolçulara hörmət etmək lazımdır. Didye Deşam və Zidan futbolumuzun iki əfsanəsidir və bu cür açıqlamalar nə milliyə, nə də ümumiyyətlə, futbola nəsə qazandırır. Biz bölünməməliyik, ancaq Fransa millisi ətrafında birləşməliyik”.
Le Qrey daha əvvəl Zidanın harada olmasının vecinə olmadığını demişdi. Həmçinin, federasiya prezidenti onu heç vaxt Fransa millisinin baş məşqçisi postuna gətirməyəcəyiniu bildirib.
Daha sonra Le Qrey 50 yaşlı mütəxəssisdən üzr istəyib.
Daha əvvəl mətbuatda Zidanın Fransa yığmasının baş məşqçisi postunda Didye Deşamı əvəz edə biləcəyi barədə xəbərlər yayılmışdı.