“Sabah”ın baş məşqçisi Murad Musayev Pro kateqoriyalı məşqçi lisenziyası alıb.
Sportarena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, rusiyalı mütəxəssis UEFA-nın məşqçi kurslarını uğurla tamamlayaraq Pro kateqoriyalı lisenziyaya yiyələnib. Klub baş məşqçini bu münasibətlə təbrik edib.