Ukrayna millisinin sabiq qapıçısı Aleksandr Şovkovski 6 illik fasilədən sonra Kiyev "Dinamo"suna qayıdıb.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, veteran qolkiper paytaxt təmsilçisində baş məşqçi Mirça Luçeskunun köməkçisi olacaq.
O, bu vəzifədə Xorvatiyanın "Osyek" komandasının sükanı arxasına keçən Oqnen Vukoyeviçi əvəzləyib.
Qeyd edək ki, Aleksandr Şovkovski daha əvvəl Ukrayna yığmasında keçmiş baş məşqçi Aleksandr Petrakovun köməkçisi işləyib.