"Antalyaspor" və ABŞ millisinin hücumçusu Haci Rayta Rusiya klublarından təklif gəlib.
Sportarena.az "sports.ru"ya istinadən xəbər verir ki, "Lokomotiv" adıçəkilən forvardı heyətinə qatmaq istəyib.
Moskva təmsilçisi Rayt üçün 8 milyon avro təklif edib. Amma amerikalı hücumçu "Antalyaspor"da qalmaq istəyib.
O, bu mövsüm 16 oyunda 10 qol vurub.