"Uşaqlar yaxşı mübarizə apardı"- "Şamaxı"nın forvardı

17:46 11 Yanvar 2023

"Şamaxı"nın hücumçusu Amil Yunanov klubun mətbuat xidmətinə açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, forvard Türkiyədə "Kaysar"a (0:0) qarşı keçirilən görüşdən sonra bu cür danışıb:

"Türkiyə toplanışındakı ilk oyunumuzu oynadıq. Hava şəraiti yaxşı olmasa da, çalışdıq ki, fiziki yükləmələri qəbul edək. Qaçıb, mübarizə aparmağa çalışdıq. Uşaqlar yaxşı mübarizə apardı. Məncə, normal nəticə alındı. Hər halda, hava şəraiti yaxşı olmadı deyə, meydanda istədiyimizi edə bilmədik".


Digər xəbərlər

Xəbər xətti