Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi "Adana Demirspor"dan Samet Akaydını transfer edib. Bu barədə "sarı-ləcivərtlilər"in rəsmi saytı məlumat yayıb.
"Fənərbaxça" 28 yaşlı mərkəz müdafiəçisi ilə 3,5+1 illik müqavilə imzalayıb. "Kanarya" bu keçid üçün "Adana Demirspor"a 3,7 milyon avro təzminat ödəyəcək.