Ronaldo səfir ola biləcək?

22:10 11 Yanvar 2023

“Əl Nəsr”ın hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının 2030-cu il dünya çempionatına namizədliyinin səfiri olmayacaq.

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, öncədən portuqaliyalı hücumçunun 2030-cu il dünya çempionatına Qərbi Asiya təmsilçisinin namizədliyinin səfiri olacağı təqdirdə 200 milyon avro alacağı deyilmişdi.

 

Bu barədə “Əl Nəsr” rəsmisinin açıqlamasında aşağıdakı sözlər yazılıb:

“Kriştiano Ronaldonun “Əl Nəsr”lə müqaviləsi dünya çempionatı ilə bağlı hansısa öhdəliyi nəzərdə tutmur. Onun əsas diqqəti hazırda kluba yönəlib. Portuqaliyalı komanda yoldaşları ilə birlikdə uğur qazanmaq niyyətindədir”.

 

Qeyd edək ki, Ronaldo 2022-ci ilin dekabr ayının sonunda “Əl Nəsr”ə azad agent kimi qoşulub. O, yeni klubu ilə illik 200 milyon avro maaşla, 2025-ci ilin yayına qədər müqavilə imzalayıb.


Digər xəbərlər

Xəbər xətti