Bu gün Vüqar Həşimovun anım günüdür

22:22 11 Yanvar 2023

Bu gün qroysmester Vüqar Həşimovun anım günüdür.

 

Sportarena.az xəbər verir ki, beynəlxalq dərəcəli qrosmeyster 24 iyul 1986-cı ildə anadan olub.

 

9 yaşında Azərbaycan çempionu olur, 16 yaşında isə qrosmeyster adını qazanır. O, Azərbaycan tarixində ilk Avropa çempionu olan komandanın üzvü olur və bu ada 23 yaşında layiq görülür.

 

11 yanvar 2014-cü ildə Vüqar Həşimov beynindəki bədxassəli şiş səbəbindən Almaniyada, Heydelberq klinikasında dünyasını dəyişib. 

 

Qeyd edək ki, hazırda qrosmeysterin adını daşıyan Şahmat Akademiyası fəaliyyət göstərir. Onun xatirəsinə beynəlxalq turnir təşkil olunur.


Digər xəbərlər

Xəbər xətti