Sevilən veriliş Antalyadan canlı yayımlanacaq

01:39 12 Yanvar 2023

Azərbaycanın idman sahəsində ən reytinqli verilişlərindən biri olan "Arena" Antalyadan canlı yayımlanacaq.

 

Sportarena.az xəbər verir ki, sevilən veriliş komandalarımızın hazırlıq məşq toplantılarından canlı müzakirələr təqdim edəcək.

 

"Arena" Antalyada olduğu müddət ərzində komandalarımızın üzvlərini, futbolçularını, jurnalistləri qonaq edəcək, hazırlıq-məşq toplantılarını, komandalarımızın nəticələrini, oyunlarını şərh edəcək.

 

Qeyd edək ki, veriliş həftə içi beş gün saat 12:00-dan - 13:00-a qədər Rüfət Nadirlinin təqdimatında "Araz" FM-dən canlı yayımlanır.


Xəbər xətti