Fransa çempionatında 18-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni günə təsadüf edib.
“Nant” – “Olimpik” (Lion) matçında hesab açılmayıb. Dörd qolun qeydə alındığı “Loryan” – “Monako” görüşündə də qalib müəyyənləşməyib.
“Nitsa” doğma meydanda “Monpelye”ni böyük hesabla məğlub edibsə, “Tuluza” səfərdə “Oser”ə 5 cavabsız qolla qalib gəlib.
Marsel “Olimpik”i səfərdə “Trua” üzərində qələbəyə sevinib. Lider və son çempion PSJ də “Anje”ni məğlub yola salıb.
Hazırda 47 xala malik PSJ vahid liderdir. “Lans” 41 xalla ikinci, Marsel “Olimpik”i 39 xalla üçüncüdür. “Renn” və “Monako”nun 34, “Loryan”ın 32, “Lill”in 31, Lion “Olimpik”inin 25 xalı var.
Fransa, Liqa 1
18-ci tur
11 yanvar
Ayaçço – Reyms 0:1
Qol: Munetsi, 3.
Oser – Tuluza 0:5
Qol: Şaibi, 4. Ruo, 33. Van den Bumen, 41. Abuxlal, 75. Dallinqa, 88.
Brest – Lill 0:0
Klermon – Renn 2:1
Qol: Kiey, 31. Qastyen, 90+4 – Kalimuendo, 74.
Nant – Olimpik (Lion) 0:0
Loryan – Monako 2:2
Qol: Uattara, 75. Moffi, 77 – Embolo, 61. Ben Yedder, 90+2.
Nitsa – Monpelye 6:1
Qol: Pepe, 15; 56. K.Turam, 35. Delor, 75. Barlki, 82; 85 Savanye, 80.
PSJ – Anje 2:0
Qol: Ekitike, 5. Messi, 72.