“Sumqayıt”da ilk braziliyalı futbolçu

11:30 12 Yanvar 2023

“Sumqayıt” dövrələrarası fasilədə ilk futbolçu keçidini reallaşdırıb.

 

Sportarena.az xəbər verir ki, sözügedən komanda “Kolos”un (Ukrayna) 25 yaşlı futbolçusu Dieqo Kariokanı heyətinə cəlb edib.

 

Braziliyalı vinger müqavilə müddəti uzadılması şərti ilə mövsümün sonuna qədər icarəyə götürülüb.

 

Qeyd edək ki, “Sumqayıt”ın tarixinə ilk braziliyalı futbolçu kimi düşən Dieqo Karioka karyerası ərzində “Şaxtyor” (Soliqorsk, Belarus), “Vitebsk” (Belarus), “Yagelloniya” (Polşa), “Zalagerseq” (Macarıstan) və “Kolos” (Ukrayna) kimi klublarda çıxış edib.


Digər xəbərlər

Xəbər xətti