PSJ-nin hücumçusu Lionel Messi dünən Fransa çempionatında növbəti qolunu vurmaqla Avropanın 5 əsas liqasının klublarında rekorda şərik olub.
Sportarena.az xəbər verir ki, argentinalı futbolçu buna dünya çempionu kimi vurduğu ilk qolla nail oldu.
Bütün klub turnirləri daxil olmaqla 696-cı qolunu vuran Messi Kristiano Ronaldoya çatıb. Leo daha bir dəfə fəqlənsə, mütləq rekordçu olacaq. Çünki Ronaldo artıq Avropada oynamır və Səudiyyə Ərəbistanında “Əl-Nəsr”in oyunçusudur. Deməli, Messi rəqibsiz qalıb və daha da irəliləyə bilər.
Lionel Messi: 832 oyun, 696 qol (+297 məhsuldar ötürmə)
Kriştiano Ronaldo: 919 oyun, 696 qol (+197 məhsuldar ötürmə)