“Neftçi”nin yoxlama oyunu ləğv olundu

16:44 12 Yanvar 2023

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçi”nin bir yoxlama görüşü ləğv olunub.

 

Sportarena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı təmsilçisinin yanvarın 15-də Serbiya təmsilçisi “Baçka Topola” ilə keçirməsi planlaşdırılan oyun baş tutmayacaq.

 

Buna səbəb həmin gün komandanın Polşa “Medz Leqnisa”sı ilə üz-üzə gəlməsidir. Məşqçilər korpusu futbolçuların zədələnmə ehtimalını nəzərə alaraq, matçın ləğvinə qərar veriblər.

 

Qeyd edək ki, Türkiyədəki ilk yoxlama görüşündə Macarıstan “Vaşaş”ı ilə (1:1) heç-heçə edən “Neftçi” yanvarın 19-dakı son qarşılaşmasında Serbiya klubu “Srvena Zvezda” ilə üz-üzə gələcək.


Digər xəbərlər

Xəbər xətti