Türkiyənin “Beşiktaş” klubu hücumçusu Vaut Veqhorstla müqaviləni ləğv edib.
Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi Niderland millisinin hücumçusu ilə yollarını ayırdığını açıqlayıb.
“Ağ-qaralar” mövsümün əvvəlində 31 yaşlı forvardı İngiltərə klubu “Bernli”dən birillik icarəyə götürsə də, vaxtından tez sözləşməyə xitam verilib. Buna səbəb Veqhorstun Premyer Liqa təmsilçisi “Mançester Yunayted”lə anlaşmasıdır. O, mövsümün ikinci yarısını icarə əsasında “qırmızı şeytanlar”da keçirəcək. Bu keçid “Beşiktaş”a 3 milyon avro qazandırıb.