" Komandam çox xoşuma gəldi” - Ançelotti

19:34 12 Yanvar 2023

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya superkubokunun yarımfinal mərhələsinin “Valensiya” ilə matçından sonra (1:1, penaltilər 4:3) açıqlama verib.

 

Sportarena.az AS nəşrinə istinadən xəbər verir ki, o, futbolçularının çox az qol imkanları yaratdığını deyib:

“Çətin oyun keçdi. Biz finaldayıq. Yalnız oraya vəsiqə qazanan qalib gələ bilər. İlk hissə oyuna nəzarət etdik. Rəqib ikinci hissədə tempi aşağı saldı. Çox az qol imkanları yaratdıq.

Ən yaxşı formada oynaya bilmədik. Lakin nəticə əldə edə bildik. Fasilədən yenicə qayıtmışıq, işləmək lazımdır. Komandam çox xoşuma gəldi”.

 

Qeyd edək ki, “Kral klubu”nun finalda rəqibi “Betis” – “Barselona” matçından sonra bəlli olacaq.


Digər xəbərlər

Xəbər xətti