“Qarabağ” - “Gent” oyununda VAR olacaq

19:57 12 Yanvar 2023

“Qarabağ”ın Avropa Konfrans Liqasının pley-off mərhələsində Belçikanın “Gent” komandasına qarşı keçirəcəyi oyunlarda VAR sistemindən istifadə olunacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

 

Xəbərdə bildirilir ki, turnirin bu mərhələsindən etibarən hakimlər VAR-dan yararlanacaqlar.

 

Qeyd edək ki, “Qarabağ” Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.

 

Avropa Konfrans Liqasında 2021/2022 mövsümündə yalnız yarımfinal və final görüşlərində VAR sistemindən istifadə olunub.


Digər xəbərlər

Xəbər xətti