İspaniya superkubokunda ikinci yarımfinal görüşü baş tutub.
Sportarena.az xəbər verir ki, ikinci oyunda “Betis” və “Barselona” komandaları qarşılaşıblar.
Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində baş tutan oyunun əsas vaxtında qalib müəyyənləşməyib – 1:1. Tərəflər əlavə vaxtda da qalibi müəyyənləşdirə bilmədiyinə görə penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Barselona” finala vəsiqə qazanıb.
Qeyd edək ki, daha öncə Madrid “Real”ı “Valensiya” üzərində qələbə ilə finala yüksəlmişdi. Beləliklə, yanvarın 15-də baş tutacaq həlledici matçda “Real” və “Barselona” qarşılaşacaqlar.
İspaniya superkuboku
Yarımfinal
12 yanvar
Betis – Barselona 2:2 (penaltilər 2:4)
Qol: Fekir, 77. Moron, 101 – Levandovski, 40. Fati, 93.