Portuqaliya millisinin yeni baş məşqçisi Roberto Martines “Əl Nəsr”in hücumçusu Kriştiano Ronaldo ilə görüşəcək.
Sportarena.az “Maisfutebol”-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis milli komandanın bəzi futbolçuları ilə artıq görüşüb.
Roberto Martines yanvarın 9-da Portuqaliya millisinin baş məşqçisi postuna təyin olunub.
37 yaşlı Ronaldo millidəki debütünü 2003-cü ildə Qazaxıstana qarşı matçda edib. O, milli komandada 196 oyuna çıxıb, 118 qol vurub və 43 məhsuldar ötürmə edib.