Dünya çempionatının püşkü atıldı

17:42 13 Yanvar 2023

Bu il Mərakeşdə keçiriləcək futbol üzrə klublararası dünya çempionatının püşkü atılıb.

 

Sportarena.az xəbər verir ki, turnirin ilk oyunu Misirin “Əl-Əhli” və və Yeni Zelandiyanın “Oklend Siti” komandaları arasında 1/4 finala vəsiqə uğrunda olacaq. Qarşılaşma fevralın 1-də baş tutacaq.

 

1/4 finalda isə bu komandalar üz-üzə gələcəklər:

“Sietl Saunders” (ABŞ) – “Əl-Əhli” / “Oklend Siti” cütünün qalibi

“Vidad” (Mərakeş) – “Əl-Hilal” (Səudiyyə Ərəbistanı)

 

Yarımfinal

“Flamenqo” (Braziliya) – 2-ci cütün qalibi

1-ci cütün qalibi – “Real” (İspaniya)


Digər xəbərlər

Xəbər xətti