"Neftçi"nin qış fasiləsində yollarını ayırdığı Mamadu Mbodj "ağ-qaralar"la vidalaşıb.
Sportarena.az xəbər verir ki, seneqallı mərkəz müdafiəçisi instaqram hesabında paylaşım edib. 29 yaşlı futbolçu "Neftçi"yə təşəkkür edib:
"Yalnız ən böyük xatirələr... Və hər biri unikaldır! Hər şey üçün "Neftçi"yə ürəkdən təşəkkür edirəm"