"Qarabağ" ötən gün qış transfer pəncərəsində ilk keçidini reallaşdırdı. Ağdam təmsilçisi Adama Diakabi ilə 2,5 illik müqavilə imzaladığını açıqladı.
Bundan sonra bir çox insanlar futbolçunu sosial şəbəkələrdə izləmək istəsə də, axtarış zamanı onların qarşısına çox sayda səhifələr çıxıb. Lakin həmin profillər və hesabların bir çoxu yenidir, onun "Qarabağ"a transferindən sonra yaradılıb.
Sportarena.az xəbər verir ki, bu haqda "Qarabağ" rəsmisi Gündüz Abbaszadə "Publika.az"a açıqlamasında deyib:
"Adama Diakabinin heç bir sosial şəbəkədə səhifəsi yoxdur. Yaradılan səhifələrin hamısı isə "feyk"dir. Onların heç birinin futbolçu ilə əlaqəsi yoxdur".