Niderlandlı hücumçu Vaut Veqhorst Premyer Liqa təmsilçisi “Mançester Yunayted”ə keçidini şərh edib.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “qırmızı şeytanlar”ın çalışdırıcısı Erik ten Haq və yeni komanda yoldaşları haqda fikri bildirib:
“Bu kluba keçdiyim üçün şərəf duyuram. Əvvəllər “Mançester Yunayted”ə qarşı oynamışam. İndi isə mən də qırmızı rəngli formanı geyinmək şansına sahibəm. Bu, fantastikadır! Ten Haqın rəhbərliyi altında “Mançester Yunayted” bu mövsüm yaxşı irəliləyir.
Komandanın uğurlarında pay sahibi olmaq üçün səbirsizlənirəm. Burada olduğum müddətdə klub üçün hər şeyi edəcəyəm. Mənim bu mərhələyə qədər gəlib çatmağımda rolu olan hər kəsə təşəkkür edirəm. Yeni komanda yoldaşlarımla görüşəcəyim günü səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, 30 yaşlı Veqhorst bu mövsüm “Beşiktaş”ın heyətində Türkiyə Super Liqasında 16 oyuna çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə edib.