“Bu, klubun qərarıdır, onun müqaviləsi yenilənməyəcək" - Konte

17:07 14 Yanvar 2023

“Tottenhem”in çalışdırıcısı Antonio Konte hücumçu Lukas Mouranın klubdan ayrılacağını təsdiqləyib.

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, braziliyalı futbolçu ilə cari müqavilənin yenilənməyəcəyini deyib:

“Bu, klubun qərarıdır. Onun müqaviləsi yenilənməyəcək. Bu mövsüm Lukas Moura üçün çətin keçdi. Doğrusu, Lukas bu mövsüm planlarımızda yer alan oyuçulardan biri idi”.

 

30 yaşlı hücumçu 2018-ci ildən London təmsilçisinda çıxış edir. Onun klubla hazırki müqaviləsi 2023-cü ilin yayına qədər qüvvədədir.

 

Qeyd edək ki, Lukas Moura bu mövsüm “Tottenhem”in heyətində 11 oyuna çıxıb.


Digər xəbərlər

Xəbər xətti