“Qarabağ”dan ayrılan braziliyalı yarımmüdafiəçi Kadi Borgesin Rusiyanın “Krasnodar” klubuna keçidi rəsmiləşib.
Sportarena.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.
26 yaşlı futbolçu ilə 2026-cı il iyunun 30-dək müqavilə imzalanıb. O, Premyer Liqa təmsilçisində, Ağdam klubunda olduğu kimi, 20 nömrəli formanı geyinəcək.
Bu transfer “Qarabağ”a təxminən 5 milyon avro qazandırıb.
Qeyd edək ki, Kadi Borges 2021-ci ilin yayından “Qarabağ”ın şərəfini qoruyurdu. O, Ağdam təmsilçisində 75 oyuna 28 qol və 28 məhsuldar ötürmə ilə yadda qalıb.