FIFA Argentina Futbol Assosiasiyasına qarşı intizam işi açıb.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, iş təhqiredici davranış və ədalətli oyun prinsiplərinin pozulması, habelə oyunçuların və rəsmilərin qanunsuz davranışı səbəbindən açılıb.
Söhbət DÇ-2022-nin final oyununda futbolçuların davranışından gedir.
Öncədən Messi turnirin 1/4 final matçından sonra verdiyi müsahibə zamanı niderlandlı hücumçu Vaut Veqhorstu təhqir edib.
35 yaşlı argentinalı Veqhorsta, “Nə baxırsan, axmaq? Get buradan! Get işinlə məşğul ol!” deyib.