Azərbaycan millisi Böyük Britaniyaya məğlub oldu

22:57 14 Yanvar 2023

Kişi həndbolçulardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan 2026-cı il Avropa çempionatının ilkin təsnifat turnirində növbəti oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, Nasser Saliminin baş məşqçi olduğu kollektiv ikinci sınağında Böyük Britaniya seçməsi ilə üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə başa çatıb – 39:22.

 

Digər matçda isə Kipr yığması Maltaya 47:26 hesabı ilə qalib gəlib.

 

Azərbaycan millisi ilk görüşündə Maltanı 34:25 hesabı ilə məğlub edib, Böyük Britaniya isə Kiprlə heç-heçəyə razılaşıb – 25:25. Yığma qrupda son oyununu Kipr seçməsinə qarşı keçirəcək.


Digər xəbərlər

Xəbər xətti