“Çelsi” qış və yay transfer pəncərələrində əsas heyəti yeniləməyi planlaşdırır.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbərliyi ayrılmağa qarşı olmayan 7 futbolçunu müəyyən edib.
Bunlar Hakim Zieş, Kai Havertz, Kristian Pulişiç, Kalidou Koulibali, Jorginjo, Sezar Azpilikueta və Pyer-Emerik Abameyanqdır.
Bu siyahıdan altı oyunçu icarəyə verilə və ya satıla bilər. İtalyan Jorginjo ilə “Çelsi” müqavilə müddəti bitdikdən sonra yayda yollarını ayırmağı planlaşdırır.
Qeyd edək ki, “Çelsi” İngiltərə Premyer Liqasının turnir cədvəlində 10-cu yerdədir. London komandası 18 görüşdə yeddi qələbə qazanıb, dörd dəfə heç-heçə edib və yeddi məğlubiyyətlə üzləşib.