Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi "Neftçi"nin Polşa təmsilçisi "Medz Laqnisa" ilə matçını canlı izləyənlər sırasında olub.
Sportarena.az xəbər verir ki, bu haqda saytın komandalarımızın Antalyadakı oyunlarını canlı izləyən əməkdaşı Rüfət Nadirli məlumat verib.
Məlumata görə, Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi də və digər məşqçilər heyəti "Neftçi"nin "Medz Laqnisa" ilə oyununu sonuna qədər canlı izləyib. De Byazi və məşqçilər komandası bundan əvvəl də bir neçə oyunu canlı izləyib və onların komandalarımızın növbəti oyunlarında da iştirakı gözlənilir.
Xatırladaq ki, təmsilçimiz adıçəkilən matçda Polşa təmsilçisinə 1:2 hesabı ilə uduzub.
Qeyd edək ki, Rüfət Nadirlinin də daxil olduğu bir qrup jurnalistin Antalya səfərini "ETOPAZ" təşkil edib.