Türkiyənin Qadınlar Super Liqasının mərkəzi oyununda Azərbaycan millisinin iki futbolçusu üz-üzə gəlib.
Sportarena.az xəbər verir ki, Kristina Bakarandzenin çıxış etdiyi "Qalatasaray" Nazlıcan Parlakın formasını geyindiyi "Fənərbaxça"nı qəbul edib.
Matç “Qalatasaray”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Hər iki futbolçu 90 dəqiqə meydanda olub.