"Sabah"ın baş məşqçisi, "Krasnodar"ın keçmiş çalışdırıcısı Murad Musayev Rusiya mətbuatına danışıb.
Sportarena.az xəbər verir ki, "Matç TV"yə açıqlama verən rusiyalı mütəxəssis Kadinin Azərbaycan Premyer Liqasının ən güclü futbolçusu olduğunu və onun oyun üslubunun Rusiya klubuna uyğun gəldiyini bildirib:
"Kadinin gedişi "Qarabağ" üçün itkidir. Lakin onlar bütövlükdə komanda olaraq güclüdürlər. Özü də, onlar əvvəllər "Monako"da oynamış Diakabini heyətinə qatdı. Gözləyək, görək necə olur. Amma düşünürəm ki, "Qarabağ" Kadinin gedişinin öhdəsindən gələcək.
Fikrimcə, Kadi Borqes hazırda Azərbaycan Premyer Liqasının ən güclü oyunçusudur. O, özünü Çempionlar Liqası və Avropa Liqasında aydın şəkildə göstərdi. Təbii ki, uyğunlaşma məsələsi, zədələr var. Amma ümumilikdə Kadinin oyun tərzi "Krasnodar"a uyğundur. Düşünürəm ki, o, öz güclü tərəflərini həyata keçirəcək və Azərbaycandakı kimi Rusiyada da parlaq çıxış edə biləcək"