Fransa çempionatında 19-cu tura yekun vurulub.
Sportarena.az xəbər verir ki, bu gün daha 7 qarşılaşma baş tutub.
“Reyms” – “Nitsa” matçında qapılara qol vurulmayıb. “Tuluza” – “Brest” görüşündə də tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Lill” doğma meydanda “Trua”nı, “Monako” isə “Ayaçço”nu böyük hesabla məğlub edib. “Nant” da “Monpelye” ilə səfər oyununda darmadağına imza atıb. Lider PSJ isə “Renn”lə səfər oyununda məğlubiyyətə üzülüb.
19 turdan sonra PSJ 47 xalla vahid liderliyini qoruyur. “Lans” 44 xalla ikinci, Marsel “Olimpik”i 42 xalla üçüncüdür. “Monako” və “Renn” 37, “Lill” 34 xal əldə ediblər.
Fransa, Liqa 1
19-cu tur
15 yanvar
Lill – Trua 5:1
Qol: Bayo, 16; 47. David, 45+1; 88. Vircinius, 75 – Balde, 65.
Anje – Klermon 1:2
Qol: Bufal, 80 – Raşani, 40. Borges, 47.
Monpelye – Nant 0:3
Qol: Jirotto, 45+12. M.Məhəmməd, 81. Blas, 84.
Reyms – Nitsa 0:0
Tuluza – Brest 1:1
Qol: Abuxlal, 65 – Munye, 18.
Monako – Ayaçço 7:1
Qol: Disasi, 2. Diatta, 6. Ben Yedder, 21; 28; 35-pen. Embolo, 63; 89 – Belaili, 11.
Renn – PSJ 1:0
Qol: Traore, 65.