"Beşiktaş" müdafiəçisi Fransisko Monteronu "Hamburq"a icarəyə göndərib.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, danışıqlara əsasən ispaniyalı futbolçu mövsüm sonuna qədər Almaniya klubunda icarədə oynayacaq.
Amma "Hamburq" 24 yaşlı müdafiəçini satınalma şərti ilə icarəyə götürüb. Belə ki, mövsümün sonunda almaniyalılar "Beşiktaş"a 2,5 milyon avro ödəyərək ispanın transfer hüququna sahib çıxa biləcək.
"Atletiko" yetirməsi olan Montero "Deportivo"da oynadıqdan sonra 2020-ci ildə "Beşiktaş"a keçmişdi.