"Səbail" Antalya toplanışı çərçivəsində bu gün sonuncu yoxlama matçını kecirib.
Sportarena.az xəbər verir ki, "dənizçilər" Slovakiyanın "Spartak" klubuna 0:1 hesabı ilə məğlub olub. "Səbail"in baş məşqçisi Şahin Diniyev qarşılaşmadan sonra açıqlama verib:
“Bu gün üçüncü yoxlama matçımızı oynadıq. Komanda fiziki yük altında oyuna çıxdı. Bəzi futbolçular zədəli idi. Əsas heyətin bir neçə üzvünə istirahə verdik. Komanda mübarizə baxımdan, taktiki cəhətdən ağıllı oynadı. Yorğunluq fonunda güc və sürət çatmadı. Futbolçularım tapşırıqları yerinə yetirdi. Nəticə bizim üçün vacib deyil. Önəmli olan komandanın oyununu tapması, taktiki cəhətdən düzgün oynamasıdır. Yeni oyunçumuzu də izlədik. Mövqelərdəki problemlərimizi görməyə çalışdıq. İstədiyimizi görə bildik. Ağır məşqlərdən sonra komanda 90 dəqiqə meydanda qala bildi.
Nəticələri dəyişmək üçün çalışacağıq. Son pillədən qurtulmaq istəyirik. Transferlərdə riskə getmək istəmədik. Qışda gələn oyunçunu komandaya uyğunlaşdırmaq çətindir. Komandanın potensialı hazırkı yerə uyğun deyil. İrəliləməyə çalışacağıq. Komandada dəyişiləsi çox şeylər var”.