“Qalatasaray” öz yetirməsi olan Emin Bayramla yeni müqavilə bağlayıb.
Sportarena.az xəbər verir ki, 19 yaşlı futbolçu yeni müqaviləyə əsasən 2025/26 mövsümünün sonunadək bu komandada qalacaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Emin Bayram bu mövsüm “Qalatasaray”ın əsas komandasında 9 oyunda meydana çıxıb. O, əvvəlki mövsümlərdə “Boluspor”da icarədə də oynayıb.