Şahruddin "Gent"lə oyunları buraxacaq - SƏBƏB

22:18 16 Yanvar 2023

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin qolu sınıb.

 

Sportarena.az xəbər verir ki, qapıçı Antalyadakı təlim-məşq prosesi zamanı zədələnib. 28 yaşlı qolkiper 2 ay yaşıl meydanlardan kənarda qalacaq.

 

Şahruddin Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə oyunları buraxacaq. 

 

Xatırladaq ki, daha əvvəl “Qarabağ”ın futbolçularından Abbas Hüseynov Antalyadakı təlim-məşq toplanışı zamanı zədələnib.

 

Qeyd edək ki, “Qarabağ” Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.


Digər xəbərlər

Xəbər xətti