UEFA İcraiyyə Komitəsinin bu il keçiriləcək ilk iclasının vaxtı bəlli olub.
Sportarena.az xəbər verir ki, bu barədə TASS-a Avropa futbol qurumundan bildirilib.
Qeyd olunub ki, tədbir yanvarın 25-də təşkil ediləcək. İclasın gündəliyi gələn həftə açıqlanacaq.
Yığıncaqda Rusiya futbol komandalarının Avropa turnirlərinə qayıtması məsələsi ilə bağlı işçi qrupunun yaradılmasının da müzakirə olunacağı gözlənilir.
Qeyd edək ki, Ukraynaya hərbi müdaxilə səbəbindən FIFA ilə UEFA Rusiya millisinə və klublarına öz bayraqları altında keçirilən turnirdə iştirakı qadağan edib.