"Çikaqo Fayr"ın 19 yaşlı hücumçusu Con Duran "Aston Villa"ya keçib.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Birmingem təmsilçisi yeni forvardı üçün 16,64 milyon avro xərcləyib.
Duran peşəkar karyerasında 77 oyun keçirib, 17 qol vurub və 10 assist ötürmə edib.
19 yaşlı forvard 2022-ci ildə Kolumbiya millisinin heyətində debüt edib. "Envihado"nun yetirməsi ötən il "Çikaqo Fayr"a keçmişdi.