Futbol üzrə Almaniya 3-cü liqasında 18-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “İnqolştadt”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qəbələ ilə ayrılıb – 2:1.
Nazarov da bu matçin iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 76-cı dəqiqədə əvəzlənib. Komandasının qələbə qolunu da Nazarov vurub. O, 67-ci dəqiqədə penaltidən fərqlənib.
“Ersgebirge” hazırda 17 xalla 20 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.